30/03/2016 09:39

Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə,  səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Martın 29-da DSX-nın Aparatında  general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin təntənəli qarşılanma mərasimi keçirilib.

Rəsmi protokola uyğun olaraq Misirin Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Misir arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olun­ub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycan dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunan ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.

Səfər müddətində nümayəndə heyətinin DSX-nın struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi  Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti  ilə tanışlığı nəzərdə tutulur.

Səfər çərçivəsində Misir nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerlərini ziyarət edəcəklər.

dsx_misir

????????????????????????????????????