08/05/2018 13:36

MKE “Fırtına” üçün mərmilərin istehsalına başlayıb

Türkiyənin MKE təşkilatı T-155 “Fırtına” özüyeriyən haubitsalar üçün 155 mm çaplı mərmilərin istehsalına başlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Istehsal edilən MOD 274 HE/BB mərmilərinin atış mənzili 40 km təşkil edir.

Nazirlik mərmilərin 100% yerli və milli imkanlar hesabına istehsal edildiyini bəyan edib.

Qeyd edək ki, Türkiyə bu günədək 155 mm çaplı mərmiləri xaricdən idxal edib.