29/05/2015 13:16

MKE ötən il Azərbaycana 1.7 milyon TL dəyərində silah və sursat satıb

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) 2014-cü ildə 56 147 871 ABŞ dolları həcmində ixracat həyata keçirib.
“AzeriDefence”nin məlumatına görə, MKE-nin açıqladığı hesabatda bu barədə bildirilib.
MKE-nin 2014-cü ildə ixracatında ilk yerdə 52 587 188.57 TL ilə ABŞ, sonrakı yerdə 36 225 953.32 TL ilə Səudiyyə Ərəbistanı qərarlaşıb.

Ötən il MKE Azərbaycana 1 698 765 TL həcmində silah və sursat ixracat reallaşdırıb. Bunun 663 400.51 TL məbləğində olan hissəsinin dəyəri istehhsalşıya ödənilib.

MKE tərəfindən postsovet ölkələrindən Azərbaycanla yanaşı Qazaxıstana 302 798.53 TL, Rusiyaya 763 933.50 TL, Türkmənistana isə 3 340 069.20 TL həcmində məhsul ixrac olunub.