09/03/2018 14:21

MKE şirkəti 122 mm-lik yeni raketin sınaqlarını başa çatdırıb – VİDEO

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən 122 mm-lik reaktiv yaylım atəş sistemləri üçün yaradılmış yeni raketin sınaqları tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli özünün sosial media hesabında bildirib.

Nazir qeyd edib ki, yerli imkanlar hesabına hazırlanan yeni raketin düşdüyü ərazidə təsir sahəsi 4 dəfə artırılıb.

Raketin sınaqları mart ayının 2-də tamamlanıb.

“Bu ay döyüş sursatının “Zeytun budağı” əməliyyatında istifadəsinə başlanacaq”, deyə nazir qeyd edib.

Yeni raketin texniki göstəriciləri barədə məlumat verilməyib.