09/04/2018 21:28

MKE yeni tank mərmilərinin seriyalı istehsalına başlayıb

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən 120 mm-lik HE-T indeksli tank mərmisinin seriyalı istehsalına başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli özünün sosial media hesabında bildirib.

Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün hazırlanan mərminin sınaq atışları uğurla tamamlanıb. 2018-ci il ərzində 3000 ədəd yeni mərminin Quru Qoşunları Komandanlığına tədarük edilməsi planlaşdırılır.

N.Canikli sursatın sertifikasya və atış cədvəl çıxarılması işlərinin davam etdiyini bildirib: “İlk dəfə keçiriləcək bu istehsalla ordumuzun əməliyyat zamanı ehtiyac duyduğu və xaricdən idxalında çətinlik olan 120 mm HE-T tank  sursatı yerli olaraq təmin ediləcək”.