01/06/2019 23:16

MLİ təşkilatı ANAMA-ya 4 baş minaaxtaran it hədiyyə edib

Amerikanın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute – MLI) tərəfindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) minatəmizləmə əməliyyatlarında istifadə üçün 4 baş Belçika ovçarkası (Malinua) pay verilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

MLİ tərəfindən 2005-ci ildən bu günədək ANAMA-ya 31 baş minaaxtaran iti verilib.

Mayın 29-da Azərbaycana gətirilmiş minaaxtaran itlər ANAMA-nın Fizuli rayonunda yerləşən MAİ-lərin təlim mərkəzində saxlanılır.

Hazırda Agentlikdə 52 minaaxtaran it var və onlardan 38-i əməliyyatlarda iştirak edir.