31/10/2016 11:46

Ermənistan cəbhədə yenidən minaatanları işə salıb

Erməni hərbi birləşmələri cəbhə xəttində vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.

“AzeriDefence”nin məlumatına görə, bununla bağlı Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan Ordusinin bölmələrinin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin “AQS-17” tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bir daha xəbərdar edib ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.