07/12/2017 14:42

MN: İtaliyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Dekabrın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə İtaliya Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.