09/05/2013 16:19

Modern Piyada Tüfəngi Azərbaycan heyətinə tanıdıldı

Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) İDEF-2013 beynəlxalq müdafiə sərgisində Modern Piyada Tüfəngini tanıdıb.

“AzeriDefence”nin məlumatına görə, piyada tüfəngi KİV-lərə və geniş ictimaiyyətə deyil, məhdud dairədə müxtəlif ölkələrdən olan üst səviyyəli qonaqlara nümayiş etdirilib. Silahın funksiyaları barədə təqdimat keçirilib.

Mayın 8-də MKE rəhbərliyi tərəfindən yeni silah barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalova təqdimat keçirilib.