21/04/2015 16:35

Möhsen Pakayin: “Müdafiə sənayesi sahəsinin inkişafı hər iki ölkənin planında duran vacib məsələlərdəndir”

“Ötən il Azərbaycan müdafiə naziri Zakir Həsənovun Tehrana, ötən gün isə İran müdafiə nazirinin Azərbaycana səfəri əlaqələrin genişləndirilməsi niyyətindən xəbər verir”.

“AzeriDefence”nin məlumatına görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsen Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

İranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya səfəri zamanı Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşünə də toxunub. O bildirib ki, müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi hər iki ölkənin planında duran ən vacib məsələlərdən biridir.

Səfir qeyd edib ki, bu görüşdən sonra müdafiə sənayesi sahəsində həmkarlığın hansı səviyyədə davam etdiriləcəyi haqda indidən hər hansı fikir bildirmək mümkün deyil.

M. Pakayin İranın xüsusilə şimal ərazilərdə tez-tez hərbi təlimlər keçirməsi ilə bağlı sulı da cavablandırıb: “İranın hərbi inkişafı heç bir ölkəyə hədə deyil. Digər tərəfdən hər bir ölkə öz ərazisində təlimlər keçə bilər. Yəni İranın təkcə şimal bölgəsində deyil, ölkənin bütün ərazisində belə təlimlər keçirir”.

Ramil Məmmədli