22/11/2013 12:18

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Bu gün Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məəlumat verib.

Gündəliyə uyğun olaraq nazirlər Birliyə üzv dövlətlər arasında hərbi əməkdaşlığının müxtəlif istiqamətləri üzrə 20 məsələyə baxıblar.

İclas iştirakçıları 2013-cü ildə MDB Müdafiə Nazirləri Şurasının işçi orqanlarının fəaliyyətlərinə yekun vurub, həmçinin 2014-cü il üçün İş Planını təsdiq ediblər.

Iclas çərçivəsində Rusiyanın müdafiə naziri ordu generalı Serqey Şoyqu ilə
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub. Nazirlərin görüşündə Rusiya tərəfindən Qəbələ radiolokasiya stansiyasının Azərbaycan tərəfinə ötürülməsi ilə bağlı məsələlərə toxunulub.

“Mən bilirəm ki, praktik olaraq “Qəbələ” RLS-in ötürülməsi problemsiz oldu. Bütün cari məsələlər tez həll edilir, tərəflər bir-biri anlayır və hörmət edir”, – deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

Nazir əminliyi ifadə edib ki, Azərbaycanın və Rusiyanın hərbi qurumları ikitərəfli əməkdaşlığının başqa məsələlərini də “bu qayda ilə həll ediləcəklər”.

Zakir Həsənovu nazir vəzifəsinə təyinatı münasibəti ilə təbrik edən Serqey Şoyqu isə xatırladıb ki, Rusiya-Azərbaycan münasibətləri möhkəm və tarixə malikdir. İndi bu proses inkişaf edir.

“Bizim münasibətlərimizdə bir sıra suallar var. Amma onların tədricən həll ediləcəyinə şübhə etmirəm”, – deyə Rusiyanın müdafiə naziri bildirib.

Qeyd edək ki, iclas çərçivəsində müdafiə naziri Z. Həsənov Ukrayna, Belarus və Qazaxıstandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.