24/10/2018 13:01

Motoatıcı bölmələr təlim atış çalışmalarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.