18/12/2014 06:23

MSN 2014-cü ildə 100 milyon dollar dəyərində məhsul ixrac edib

Müdafiə Sənayesi Nazirliyi (MSN) 2014-cü ildə 100 milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib. “AzeriDefence”nin məlumatla görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, hazırda Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqlar aparılır.

“Bu danışıqlar gələn ildə reallaşacağı təqdirdə nazirliyin ixracat həcmi bu ilkindən bir neçə dəfə çox olacaq”, – deyə nazir vurğulayıb.

Y. Camalov hazırda MSN müəssisələrində yeni məhsulların yaradılması, istehsalı, eləcə də beynəlxalq sərgilərdə tanıtımı istiqamətində işlər aparıldığını bildirib.

Nazir Azərbaycanın güc strukturlarının sifarişlərinin uğurla yerinə yetirildiyini, nazirliyin mövcud potensialının Azərbaycan Ordusu və güc strukturlarının bütün təlabatlarını qarşılamağa yetərli olduğunu bəyan edib.