17/12/2018 10:37

MSN 30 mm-lik 2A42 avtomat topların istehsalına başlayacaq

Yaxın zamanlarda Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yeni silah və sursatların seriyalı istehsalına başlanacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir müavini qeyd edib ki, müdafiə sənayesi müəssisələrində yaradılmış AZ-7,62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq. Eləcə də növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün lülələrin, 2A42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur.

“Bütün bu görülmüş işlər onu deməyə əsas verir ki, Azərbaycanın artıq güclü hərbi sənayesi formalaşıb və respublikamızın Silahl Qüvvələrini müasir silah və texnikalarla təmin etmək iqtidarındadır”, – deyə Y.Musayev qeyd edib.