17/05/2017 13:04

MSN 30 mm-lik AQK-30A5 qumbaraatanın istehsalına başlayıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyi 30 mm-lik AQK-30A5 avtomatik qumbaraatan kompleksinin seriyalı istehsalına başlayıb.

“AzeriDefence” xəbər verir ki, yeni silah barədə məlumat Türkiyədə keçirilən IDEF-2017 sərgisində MSN-in təqdim etdiyi kataloqda yer alıb.

Məlumatda bildirilir ki, AKQ-30A5 avtomatik qumbaraatan kompleksi 2100 m-ə qədər məsafədə yerləşən düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək qabiliyyətinə sahibdir. Dəzgah üzərində quraşdırılan qumbaraatandan xüsusi hazırlanmış səngər, yarımsəngər və ya atəş üçün əlverişli olan digər mövqelərdən atəş açmaq mümkündür.

Qumbaraatanın çapı 30 mm, uzunluğu 882 mm, çəkisi 24 kq (dəzgahla birlikdə), mərmi qutusunun tutumu 29 qumbara, nişanalma atəş məsafəsi 2100 m, qumbaranın başlanğıc sürət 185 m/saniyədir.

Qumbaraatan kompleksi sələfi AQS-30 qumbaraatanl ilə müqayisədə təkmilləşdirilib. Silahın təhlükəsizliyi gücləndirilib. Eyni zamanda üzərinə optik nişangahların qurulması üçün pikkatini tamasaları əlavə olunub.