19/02/2015 07:06

MSN Abu Dabidə İDEX-2015 sərgisinə qatılır

Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə İDEX-2015 adı altında beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək.

Bu barrədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı İDEX-2015 sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.