30/04/2019 16:25

MSN Azərbaycan Ordusuna 50 ədəd RBG-40×46 qumbaraatanı hədiyyə etdi

Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycan Ordusuna yerli istehsal olan 50 ədəd RBG-40×46 revolver tipli əl qumbaraatanı hədiyyə edib

“Azeri Defence”nin məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEF-2019 sərgisində bəyan ediblər.

Zakir Həsənov bildirib ki, qumbaraatanın sınaqlarında şəxsən iştirak edəcək.

“Ordumuz uzun müddətdir milli silahlarımızla təchiz olunur. Hər il bu siyahıya yeniləri əlavə edilir. Ümid edirəm ki bu qumbaraatan da yüksək səviyyədə tələblərimizi qarşılayacaq”, deyə Z. Həsənov bildirib.

Zakir Həsənov RBG-40×46 qumbaraatanının böyük həcmli partiyasının 2020-ci il üçün satınalma proqramına salınacağını bildirib.