18/12/2013 10:13

MSN bu il 10 ədəd “Orbiter-2M” PUA-nı sifarişçiyə çatdırıb

Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib. “AzeriDefence”nin məlumatına görə, bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, yerli müəssisədə istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılıb.

Pilotsuz uçuş aparatları sifarişçiyə çatdırılıb.