17/05/2019 12:40

MSN Çexiya şirkəti ilə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıb

Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla ifadə edib. Nazirliyin fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq emək üçün hər zaman hazır olduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.