25/05/2015 17:27

MSN-də BƏƏ nümayəndə heyəti ilə görüş olub

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Yavər Camalov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.