29/11/2014 10:38

MSN-də DAPA nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) müdafiə sənayesinin təşviqi üzrə baş direktoru Lee Jung Yongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Koreya nümayəndə heyətinə əvvəlcə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Koreya arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Koreyanın Azərbaycandakı səfirinin birinci katibi görüşdə iştirak edib.