29/02/2012 11:47

MSN-də Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüş olub

Fevralın 28-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Nazir Yavər Camalov qonaqlara MSN-in fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Yulian Fotan səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Ganiel Çobani də iştirak edib.