23/01/2013 09:44

MSN-də Türkiyə şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüş olub. Bu barədə “AzeriDefence” MSN-ə istinadən məlumat verib.

Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə gerçəkləşmiş görüşdə Türkiyə Milli Müdafiə Nazirliyinin, hərbi sənaye kompleksinə daxil olan qabaqcıl müəssisə və şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüşdə məqsəd iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi və perspektivlərinin müzakirə edilməsi olub.

Yanvarın 25-dək Azərbaycanda olacaq nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi və istehsal prosesini yaxından izləyəcəyi nəzərdə tutulur.