22/01/2019 11:27

MSN-də kadr dəyişikliyi olub

Milli Aerokosmik Agentliyin baş direktoru dəyişdirilib

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Alçın Şirinzadə vəzifəsindən azad edilib.

“AzeriDefence”nin məlumatına görə, A. Şirinzadə ötən həftənin sonlarında vəzifəsindən azad edilib.

Müdafiə Sənayesi Nazirliyindən faktı təsdiqləyiblər.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, MAKA-nın direktoru vəzifəsinə texnika elmləri doktoru,  “Sənayeavtomatika” İstehsalat Birliyinin direktoru Natiq Cavadov təyin edilib.

N. Cavadov 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində çalışıb. Daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləyib. 2003-cü ildən bu günədək “Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.