09/02/2018 11:10

MSN-də Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf etdirlməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti nazirliyin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.