11/05/2017 19:00

MSN Elmi Tədqiqat İnstitutu TEİ şirkəti ilə memorandum imzalayıb

İDEF-2017 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi Tədqiqat İnstitutu ilə Türkiyənin TEİ şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, memorandum TEİ şirkətinin stendində baş tutub.

Sənədə əsasən Azərbaycan MSN-in müvafiq qurumu TEİ şirkəti ilə müxtəlif növ mühərriklərin əldə edilməsi sahəsində əməkdaşlıq edəcək.