17/12/2018 10:11

MSN əməkdaşları peşə bayramlarını qeyd edirlər

Bu gün Azərbaycanda müdafiə sənayesi işçilərinin peşə bayramıdır.

“AzeriDefence”nin məlumatına görə, bununla əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları nazir müavini Yəhya Musayevin rəhbərliyi altında Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra Nazirlikdə peşə bayramı ilə əlaqədar tədbir keçirilib.

Qeyd edək ki, müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə nazirliyin bir qrup əməkdaşı prezident İlham Əliyevin sərəncamları ilə təltif olunub.