27/04/2018 12:28

MSN “Eurosatory-2018” sərgisində 268 adda məhsul nümayi etdirəcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) 11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək “Eurosatory-2018” beynəlxlaq müdafiə sərgisində iştirak edəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Nazirliyin kollegiyasında məlumat verilib.

“Eurosatory-2018” sərgisinə ilk dəfə qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 268 adda məmulat nümayiş etdirəcək. Sərgidə bir neçə adda yeni növ müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.