29/04/2015 12:34

MSN İDEF-2015 sərgisində 184 adda müdafiə təyinatlı məhsul nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) may ayının 5-dən 8-dək Türkiyənin İstanbul şəhərindəkeçiriləcək İDEF-2015 Beynəlxalq Müdafiə Sənayesi sərgisində 184 adda müdafiə təyinatlı məhsul nümayiş etdirəcək.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

MSN müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Sərgisi çərçivəsində Yavər Camalovun Türkiyənin və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.