25/06/2019 14:47

MSN ilə “Rosoboronexport” arasında çərçivə sazişi imzalanacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın “Rosoboronexport” dövlət şirkəti arasında çərçivə sazişinin imzalanması planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bunu “Army-2019” sərgisində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev jurnalistlərlə söhbətində deyib.

“İlkin danışıqlarımız çərçivəsində deyə bilərəm ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Rusiyanın “Rosoboronexport” dövlət şirkəti ilə çərçivə sazişi imzalayacaq. Ola bilər suallar çıxar ortaya, amma sazişin yaxın zamanlarda imzalanması ilə bağlı razılıq var”, – deyə nazir müavini bildirib.