03/04/2019 10:07

MSN-in əməkdaşları Braziliyada sərgidə iştirak edirlər

Aprelin 2-də Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində LAAD-2019 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Cənubi Amerikanın ən böyük müdafiə sərgisi olan LAAD Braziliya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin dəstəyi ilə keçirilir.

Sərgidə Braziliya ilə yanaşı ABŞ, Kanada, İsrail, CAR, Fransa, Almaniya, Böyük Britaniya, İsveç, İtaliya, Türkiyə, Rusiya kimi dövlərdən hərbi sənaye şirkətləri iştirak edirlər.

Sərgiyə ziyarətçi qismində Azərbaycandan Müdafiə Sənyesi Nazirliyinin əməkdaşları da qatılıb.

Sərgi aprelin 5-dək davam edəcək.