24/12/2014 09:45

MSN-in məhsulları AMEA-da sərgiyə çıxarılır – FOTO

Azərbaycanda “Sənaye İli”nin yekunları ilə əlaqədar olaraq dekabrın 24 və 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sərgi təşkil olunacaq.
“AzeriDefence”nin məlumatına görə, sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də stendlə çıxış edəcək.

MSN stendində nazirliyin müəssisələrində istehsal olunmuş mülki və ikili təyinatlı mmulatlar nümayiş olunacaq.

MSN stendində nazirliyin müəssisələrində istehsal edilmiş İMA-07 metal detektoru, ov tüfəngləri, bədən zirehləri, əleyhqaz, şifrəli rabitə avadanlığı nümayiş olunacaq.