29/05/2019 18:08

MSN-in “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib – ÖZƏL

Müdafiə Sənayesi Nazirliyinin (MSN) strukturunda kadr dəyişikliyi olub.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, nazir müavini Yəhya Musayevin ötən həftə imzaladığı əmr ilə “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Xəqani İsayev tutduğu vəzifədən azad edilib.

X.İsayevdən boşalan yerə təyinat olmayıb.

Qeyd edək ki, Xəqani İsayev 2018-ci ilin əvvəlində mərhum nazir Yavər Camalovun əmri ilə “Optika-Mexanika” İstehsalat Birliyinə baş direktor təyin edilmişdi. O, bu vəzifəyə qədər “Cihaz” İstehsalat Birliyində çalışıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin cari ilin yanvar ayında imzaladığı fərmanla MSN ləğv edilərək yerində “Azərsilah” ASC yaradılması nəzərdə tutulub. Hazırda nazirliyin “Azərsilah” ASC-yə keçidi ilə əlaqədar hökumət tərəfindən işlər həyata keçirilir. “Azərsilah” ASC-nin strukturu, rəhbərliyi təsdiq olunana qədər qanunvericiliyə uyğun olaraq MSN fəaliyyətini davam etdirəcək.