27/11/2019 15:30

MSN-in rəsmi internet saytı yenilənib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəsmi internet saytının (www.mdi.gov.az) yeni versiyası istifadəyə verilib.

“AzeriDefence”nin məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin internet resursunun yeni versiyasında qabaqcıl veb-texnologiyalar tətbiq edilib.

Artıq saytın istifadəçiləri MSN barədə məlumatları daha rahat şəkildə əldə edə biləcəklər. Saytda onlayn müraciət bölməsi yaradılıb. Bu bölmədən istifadə edərək vətəndaşlar müdafiə sənayesi nazirinə və onun müavinlərinə müraciət edə bilərlər.

KİV və ictimaiyyətin məlumatlandırılması üçün saytın xəbərlər bölməsinin tərtibatı yenilənib. Eləcədə saytda MSN-ə tabe olan müəssisələr bölməsi təkmilləşdirilib. Burada müəssisələr barədə məlumatlar, müəssisələrin fəaliyyət istiqamətləri, texnoloji imkanları, əlaqələr qeyd olunub. Həmçinin sayt üzərindən Müdafiə Sənayesi Nazirliyinin sosial media hesablarına keçid imkanları mövcuddur.