10/05/2017 17:20

MSN müəssisələri ilə ASELSAN şirkəti arasında memorandumlar imzalanıb

İstanbulda keçirilən İDEF-2017 sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri ilə Türkiyənin ASELSAN şirkəti arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, imzalanma mərasimi MSN stendində baş tutub.

Imzalanmış sənədə əsasən MSN “Optika-Mexanika”, Elmi Tədqiqat İnstitutu və “Cihaz” İstehsalat Birliyi ASELSAN ilə hərbi təyinatlı müxtəlif məhsulların yaradılması və istehsalı sahəsində əməkdaşlıq edəcəklər.