02/08/2019 11:25

MSN-nin “Optika-Mexanika” İstehsalat Birliyinə baş direktor təyin edilib

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Optika-Mexanika” İstehsalat Birliyinə Baş direktor təyin edilib.

“AzeriDefence”nin məlumatına görə, müdafiə sənayesi naziri Mədət Quliyevin əmri ilə Həbib Məmmədov “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Birliyin baş direktoru Xəqani İsayev cari ilin may ayında tutduğu vəzifədən azad edilmişdi.

H. Məmmədovun bundan əvvəl “Keşlə Maşınqayırma Zavodu” ASC-də çalışdığı bildirilir.