27/09/2017 15:35

MSN-nin zavodu pulemyot lentlərini patronla dolduran qurğu istehsal edəcək

Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Aqreqat” İstehsalat Birliyi pulemyot lentlərinin sürətli şəkildə sursatla doldurulmasını həyata keçirən qurğunun istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, “Aqreqat” İstehsalat Birliyinin kataloqunda yer alan məlumata görə, PKT pulemyotu üçün patron doldurucu qurğu səhra və stasionar şəraitdə 7.62×54 mm çaplı patronların lentə doldurulmasını təmin edir. Qurğu QOST 15150 üzrə UXL iqlim şəraitində birinci yerləşdirmə kateqoriyasında istismar üçün nəzərdə tutulur.

Qurğu 60 min ədəd 7.62×54 mm çaplı patronun doldurulmasını təmin edir.

Mütəxəssislərin fikrincə, pulemyot patronlarının əllə lentə yüklənməsi fiziki cəhətdən vaxt aparan və yorucu proses olduğundan silahlı qüvvələrdə yeni qurğuya böyük ehtiyac var. Bu, patronların lentə yüklənməsi vaxtını azaltmağa xidmət edəcək.