16/06/2013 17:43

MSN “Toyota” şassisi üzərində daha iki yeni maşın hazırlayır – EKSKLÜZİV

gurze-idef-az.JPG

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Toyota” maşınlarının bazasında daha iki yeni xüsusi təyinatlı maşın hazırlayıb. Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Maşınlar fərqli əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulur. Bununla əlaqədar olaraq fərqli silah sistemlərinə sahib olacaq.

Qeyd edək ki, MSN tərəfindən “Toyota” şassisi üzərində “Gürzə” adlı patrul maşını hazırlanıb. Bu maşın may ayında Türkiyədə İDEF-2013 sərgisində nümayiş etdirilib.

Yeni maşınlar barədə daha geniş material AZERİ DEFENCE jurnalının iyunun sonunda nəşr olunacaq yeni sayında yer alacaq.