07/08/2013 10:20

MSN və Rusiya Taktiki Raket Silahları Korperasiyası arasında əməkdaşlıq müzakirə olunub

Avqustun 6-da müdafiə sənayesi naziri Yavər Camalov Rusiya Taktiki Raket Silahları Korperasiyasının baş direktoru Boris Obnasovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.