11/06/2018 18:55

MSN və “Rheinmetall” şirkəti arasında niyyət protokolu imzalanıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Almaniyanın “Rheinmetall” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saziş Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory-2018” beynəlxalq müdafiə sərgisinin ilk günündə nazir Yavər Camalovun “Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə görüşü çərçivəsində imzalanıb.

Bundan başqa, Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın “Thales” və “Nexter”in nümayəndə heyətləri ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.