25/06/2019 13:36

MSN və Rusiyanın Taktik Raket Silahları Korporasiyası arasında əməkdaşlığın perispektivləri müzakirə olunub

“Army-2019“ Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Rusiyanın Taktik Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov ilə görüşüb.

Bu barədə “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşı məlumat verib.

Görüşdə Taktik Raket Silahları Korporasiyası ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasındakı mövcud əməkdaşlığın inkişaf perispektivləri və istiqamətləri müzakirə olunub.

Görüşdə Azərbaycan tərəfdən Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov da iştirak edib.