22/05/2015 17:06

Mətbuat Şurasında hərbi diplomatiya kursunun iştirakçıları ilə görüş keçirilib

Azərbaycan Mətbuat Şurasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının hərbi diplomatiya kursunun dinləyiciləri ilə görüş keçirilib.
Bu barədə “AzeriDefence”yə Mətbuat Şurasından məlumat verilib.

MŞ sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun yaranma zərurəti, fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Şura sədri həmçinin Azərbaycan mətbuatının keçdiyi yoldan, ictimai fikir tariximizdə oynadığı roldan söz açıb. Müstəqillik illərində jurnalistikamızın inkişaf xüsusiyyətlərinin təhlilini aparan Ə.Amaşov mediaya dövlət qayğısını əhəmiyyətli məqam kimi vurğulayıb.

Görüşdə internet medianın vəziyyəti, informasiya təhlükəsizliyi məsələləri, habelə jurnalist peşəkarlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, kurs iştirakçılarının sualları cavablandırılıb.