11/07/2019 18:25

MTT Baş İdarəsində cari ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və  mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov çıxış edərək cari ilin növbəti rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.