05/12/2017 09:52

Müasirləşdirilmiş “Msta-S” haubitsaları döyüş növbətçiliyinə qəbul edildi

Moskva ərazisində yerləşdirilən Qərb Hərbi Dairəsinin ümumqoşun ordusunda yeni modernizə olunan “Msta-S” özüyeriyən haubitsaları döyüş növbətçiliyinə qəbul edilib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Ümumqoşun Ordu komandanı, general-mayor Aleksandr Peryazev bildirb ki, ekipaj heyəti modernləşən “Msta-S” özüyeriyən haubitsaların istismarı üçün məşq ediblər.

General qeyd edib ki, yeni “Msta-S” haubitsalardan real sınaq atışları 2018-ci ilin yazında keçiriləcək.

Özüyeriyən haubitsanın müasirləşdirilməsi nəticəsində tezatma və effektiv atış qabiliyyəti artırılıb. Müasirləşdirilən 2S19M2 “Msta-S”in atış tempi dəqiqədə 10 atəşə çatdırılıb.

Modernləşmə prosesində dəyişikliklər performans xüsusiyyətlərinə də təsir göstərib. Sürücü-mexanikin yeri elektrik blokun və aqreqatların vəziyyəti haqqında informasiyanı operativ almağa imkan verən avtomatlaşdırılmış işləmə kompleksi ilə təchiz olunub. Həmçinin hərbi texnika yeni rabitə vasitələri ilə təmin edilib.