11/05/2017 00:34

Mübariz Mənsimov IDEF sərgisində Azərbaycan stendini ziyarət edib

Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov bu gün İstanbulda keçirilən IDEF-2017 beynəlxalq müdafiə sərgisini ziyarət edib.

“AzeriDefence”nin məlumatına görə, M. Mənsimov sərgidə iştirak edən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib. İş adamı Azərbaycan istehsalı olan snayper tüfəngləri və onların texniki göstəriciləri ilə maraqlanıb.

Qeyd edək ki, M. Mənsimov biznes fəaliyyəti ilə yanaşı Azərbaycanın tanınmş şəxsiyyətlərinin və qəhrəmanların adlarının əbədiləşdirilməsi istiqamətində çoxsaylı işlər görüb. O, ticarət donanmasına daxil olan gəmilərdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verib.