18/12/2013 09:14

“Mübariz” snayper tüfəngi yaxın vaxtlarda silahlanmaya qəbul olunacaq

Mübariz yenidən cəbhəyə gəlirMüdafiə Sənayesi Nazirliyi (MSN) mühəndisləri tərəfindən yaradılmış 12.7 millimetr çaplı “Mübariz” antimaterial snayper tüfəngi yaxın vaxtlarda silahlanmaya qəbul olunacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, silah üzərində aparılan təkmilləşdirmə işləri yekunlaşıb.

“Yaxın vaxtlarda snayper tüfəngi silahlanmaya qəbul ediləcək”, deyə nazir əlavə edib.

Qeyd edək ki, “İstiqlal” antimaterial snayper tüfəngi ailəsindən olan 12.7 mm çaplı bu silah Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.

Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.