29/05/2014 13:36

Müdafiə naziri Gürcüstana gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sabah Gürcüstana səfər edəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın dəvətilə gerçəkləşir.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.

Səfər mayın 30-dək davam edəcək.