31/05/2015 16:00

Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Mayın 31-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər iyunun 2-dək davam edəcəkdir.