26/06/2014 08:44

Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.