13/01/2014 12:33

Müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib

Yanvarın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.